Xəzərdə nərəkimilərin ovuna qoyulmuş qadağanın müddəti uzadılıb

10:32 30 May 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 10:22 ]

Bakı – APA. Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna qoyulmuş qadağanın müddətinin uzadılmasına dair anlaşma əldə ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar mayın 29-da Sankt-Peterburqda Xəzər dənizinin su bioresursları Komissiyasının 35-ci iclası çərçivəsində qəbul edilib.

 

Toplantıda İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndələri iştirak ediblər. Qərara əsasən, qadağanın uzadılması 2016-cı ilin sonunadək qüvvədə olacaq. Nərəkimilərin ovu yalnız elmi-araşdırma və süni yetişdirmə məqsədi ilə həyata keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR