Astarada meşə

Fövqəladə Hallar Nazirliyi (FHN) Astara rayonunda baş verən yanğın hadisəsi ilə bağlı daha bir məlumat yayıb.

FHN-dən Metuat.az-a daxil olan məlumatda deyilir:

"20.12.2021-ci il tarixində səhər saatlarında Astara rayonunun Diqo kəndi yaxınlığında Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinə məxsus ərazidə baş vermiş yanğın söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən 18 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlərin birgə səyi ilə yanğının genişlənərək meşə ərazisinə keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, yanğın baş verdiyi ərazi mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün yanğınsöndürmə işləri zamanı əsasən əl əməyindən istifadə olunub".

09:12

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR