Bu şəxslərin təqaüdləri ARTIRILDI -

Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Metbuat.az xəbər verir ki, fərmanla “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 643; 2021, № 8, maddə 923) 1-ci hissəsində “50” rəqəmləri “80” rəqəmləri ilə əvəz edilib.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR