Azad edilmiş ərazilərdə ötən həftə 20 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Metbuat.az-a bildirilib ki, dekabrın 13-dən 18-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 18 tank əleyhinə mina və 166 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 108.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR