Çin ABŞ-a açıq şəkildə meydan oxudu: Qarşıdurmadan çəkinmirik

“Çin ABŞ-la qarşıdurmadan çəkinmir və toqquşma olarsa son qədər mübarizə aparacaq”.

Metbuat.az xəbər verir ki, Çinin Xarici İşlər naziri Van Yi belə bəyanatla çıxış edib. O bildirib ki, Çin gərginliklərin diplomatik yollarla həllinin tərəfdarıdır. Diplomatın sözlərinə görə, ABŞ-da bəzi dairələr Çinin inkişafını qəbul edə bilmir:

“ABŞ-la Çinin qarşılıqlı əməkdaşlığı faydalı olar. Lakin ABŞ-da bəzi dairələr əməkdaşlıqdan imtina edir. Onlar Çinin qarşısını almaq üçün cəhdlər edirlər”.

Qeyd edək ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken iki ölkə arasında baş verə biləcək qarşıdurmanın qlobal fəlakətə səbəb ola biləcəyi barədə açıqlama verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR