Xəzərdə nərəkimilərin ovuna qoyulmuş qadağa uzandı

09:41 30 May 2015
38 Digər
Ölkə mətbuatı
A- A+

Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna qoyulmuş qadağanın müddətinin uzadılmasına dair razılığa gəliblər.

ANS PRESS-in məlumatına görə, bu barədə "RİA Novosti" məlumat yayıb. Qərar Sankt-Peterburqda Xəzər dənizinin su bioresursları Komissiyasının 35-ci iclası zamanı qəbul edilib.

Tədbirdə bütün Xəzəryanı ölkələrin - Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri iştirak ediblər.

Qərar 2016-cı ilin sonunadək qüvvədə olacaq. Bu balıqların ovu yalnız elmi-araşdırma və süni yetişdirmə məqsədi ilə həyata keçiriləcək.

Əldə edilən elmi araşdımalara görə, Xəzərdə nərəkimilərin ehtiyatı azalmağa davam edir. Tərəflər razılığın tezliklə ratifikasiyası üçün lazımı dövlətdaxili prosedurları sürətləndirmək barədə razılıq əldə ediblər.

İclasın sonunda yekun protokol izalanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=347799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR