Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

Çinin Sahil Mühafizə Xidmətinin 2 gəmisi Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları sahillərinə yaxınlaşıb.

Metbuat.az xəbər verir ki, gəmilər Yaponiya ərazisinə daxil olub. Bildirilir ki, hərbçilər Yaponiyanın ərazisinə daxil olan mübahisəli ərazilərdə 4 saat qalıblar. Gəmilər burada Yaponiyanın balıqçı qayıqlarına yaxınlaşlıblar. Yaponiyanın xəbərdarlığından sonra gəmilər bölgəni tərk ediblər. 4 gün əvvəl də Çin gəmiləri Yaponiya sərhədini pozmuşdu.

Qeyd edək ki, yaşayışın olmadığı bölgəyə Çin və Yaponiya iddia edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR