Paşinyan Gürcüstana getdi

Ermənistan baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib.

Metbuat.az xəbər verir ki, Baş naziri Tbilisinin Şota Rustaveli beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani qarşılayıb.

ER baş naziri daha sonra Gürcüstan hökumətinə gedib və orada Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə təkbətək söhbət edəcək. Tbilisidə iki ölkənin baş nazirlərinin iştirakı ilə Ermənistan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR