Rafael Ağayev ilk qızıl medalından danışdı:

ARB TV-nin “Onun Sirri” verilişində Azərbaycan karateçisi, 5 dəfə dünya, 14 dəfə Avropa çempionu olan Rafael Ağayev qonaq olub.

Metbuat.az xəbər verir ki, “Qara brilliant” ləqəbli karateçi anasının yol pulu üçün qızıllarını satdığını etiraf edib:

“Rusiyada keçirilən yarışa getməyə yol pulumuz yox idi, Anam qızıllarını satdı. Yol pulumuzu düzəldib, atamla yola düşdük. Azərbaycandan kənarda ilk qızıl medalımı qazandım. Onu da anama hədiyyə etdim. Daha sonralar anama bir çox hədiyyələr aldım, amma anamın 32 qramlıq qızıllarının yerini heç bir hədiyyə verə bilməz”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR