Çempionlar Liqasının qalibi İngiltərəyə qayıda bilər

Bir neçə gün öncə "Şalke" Roberto Di Matteo ilə yollarını ayırmışdı.

44 yaşlı mütəxəssisi yenidən İngiltərə Premyer Liqasında görə bilərik. Metbuat.az "Sky Sports"a istinadən məlumat verir ki, "Vest Hem" və "Nyukasl" onunla yaxından maraqlanırlar. Bir digər namizəd isə "Napoli"di.

Di Matteo daha öncə İngiltərədə "Çelsi" və "Vest Bromviç"i çalışdırıb. O, "zadəganlar"la birlikdə Çempionlar Liqasının qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR