Bu pensiyalar 20 faiz artırılır -

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

Metbuat.az xəbər verir ki, dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutur.

Belə ki, hazırda 200 manat olan minimum əmək pensiyası 2022-ci ilin yanvarın 1-dən 20 faiz artırılaraq, 240 manata çatdırılacaq.

Qanun layihəsi sabah Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR