Mədəndə tapılan mərmər hamını heyrətə gətirdi: Üzərində "Bismillah" yazılıb - FOTOLAR

Türkiyənin Antalya şəhərindəki mərmər mədənində üzərində ərəb hərflərinin olduğu mərmər tapılıb.

Metbuat.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, mərmərin üzərində təbii proseslər nəticəsində ərəb dilində “Bismillah” sözünün əmələ gəldiyi məlum olub. Bildirilir ki, mərmərin tərkibində sümük qalıqları var. Sümük qalıqlarının 195 milyon il əvvələ aid olduğu bildirilir.

Elm adamları mərməri ətraflı tədqiq etmək üçün araşdırmalara başlayıb. Qeyd edək ki, dünyada ilk dəfədir belə hala rast gəlinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR