Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib

10:47 30 May 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 10:45 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş İdarəsində əməliyyat müşavirəsi keçirilib.

 

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Penitensiar Xidmətin fəaliyyətinin bütün sahələrini əhatə edən müşavirədə xidmətin və tabe qurumların rəhbər əməkdaşları iştirak ediblər. 



Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov, rəis müavini vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən, ədliyyə polkovniki Rafiq Ramazanov rəhbərlik etdikləri sahələr üzrə tədbirlər planına uyğun görülən işlər, eləcə də 2015-ci ilin cari dövrü ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. 

 

Bir sıra cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının məsul əməkdaşları çıxış edərək 2014-cü ildəki fəaliyyətinin yekunlarına dair iclasda qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işlərin davam etdirildiyini bildiriblər. 



Müşavirədə 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının mahiyyəti və əhəmiyyəti şəxsi heyətin nəzərinə çatdırılıb. Oyunların keçiriləcəyi günlərdə hər bir əməkdaşın üzərinə düşən vəzifələri müəyyənləşdirən qaydalar səsləndirilib və bu qaydalara əməl edilməsinin zəruriliyi vurğulanıb.

 

Müşavirədə çıxış edən Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov keçən dövr ərzində görülən işləri ümumən təqdirəlayiq hesab etdiyini bildirərək, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün xidmət rəhbərliyinin müvafiq tapşırıqlarını nəzərə çatdırıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385432

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR