Bayden İranla bağlı təlimat verdi: Hazır olun

“Vyanada davam edən nüvə danışıqlarında uğursuzluq baş versə, ABŞ İrana qarşı əlavə tədbirlər görəcək”.

Metbuat.az xəbər verir ki, “Ağ evin” mətbuat katibi Cen Psaki belə açıqlama verib. O bildirib ki, danışıqların nəticələrini ABŞ müttəfiqləri ilə müzakirə edir. Psakinin sözlərinə görə, prezident Co Bayden nüvə danışıqlarının uğursuzluğa düçar ola biləcəyi ehtimalına qarşı təhlükəsizlik məsələləri ilə məşğul olan komandasına “hazır ol” təlimatı verib.

Bu təlimat İrana qarşı əlavə tədbirlərin görülməsini nəzərdə tuturdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR