Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTOSESSİYA

Göytəpədə gənc sərhədçilərin andiçmə mərasimi keçirilib - FOTOSESSİYA
10:47 30 May 2015
189 Sosial
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 10:41 ]


Bakı - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra DSX rəisi–Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı çatdırılıb.

 

Tədbirdə DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov gənc əsgərləri hərbi andiçmə və Respublika Günü münasibətilə təbrik edib, şərqdə ilk demokratik quruluş olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, İstiqlal Bəyannaməsinin elan olunduğu günün Azərbaycan tarixinə şanlı bir səhifə kimi qızıl hərflərlə yazılmasından,  ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimizin qorunub saxlanması istiqamətində həyata keçirdiyi islahatlardan danışıb, Azərbaycan prezidenti İlham Əliyevin müdrik rəhbərliyi sayəsində dövlətimizin sürətlə inkişaf etməsi, iqtisadi, siyasi və hərbi qüdrətimizin durmadan artması, ölkəmizdə ilk Avropa oyunlarının keçirilməsinin böyük ta­rixi hadisə olması barədə ətraflı məlumat verib.

 

Mərasimdə gənc əsgərlərin valideynləri çıxış edərək yaradılmış şəraitə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildirib, övladlarını təbrik edib, onlara intizamlı və məsuliyyətli olmağı, Vətənimizin sərhədlərini mərdliklə qorumağı tapşırıblar.

 

Tədbir gənc əsgərlərin təntənəli marşla keçidi ilə başa çatıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR