Dünyanın diqqəti Türkiyədə: Ərdoğan vəziyyəti necə dəyişdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadi modellə bağlı açıqlamasından sonra milli valyutanın sürətlə dəyər qazanmasına dünya mediası böyük diqqət ayırıb.

Metbuat.az xəbər verir ki, Röyters agentliyinin məlumatına görə, Ərdoğanın həmlələrindən sonra lirə böyük dönüş edib. Xəbərdə Ərdoğanın lirə ilə bağlı atdığı addımlar sadalanıb. “Bloomberg”də dərc edilən xəbərdə isə deyilir ki, Türkiyə milli vlayutasına dəyər qazandırmaq üçün ciddi addımlar atıb. “Financial Times"” Ərdoğanın türk lirası ilə bağlı xalqına verdiyi vədlərə diqqət çəkib. Qəzet Ərdoğanın bəyanatları üçün “Türk lirəsi dönür” başlığını yazıb. “Washington Post” qəzeti də Ərdoğanın türk lirəsinə dəyər qazandırmaq üçün etdiyi həmlələri açıqlayıb.

Qeyd edək ki, Ərdoğan əhalinin valyutalarını türk lirəsi ilə saxlamağı tövsiyyə edib. Əgər bu halda onlar zərərə uğrasa, bunu hökumət kompensasiya edəcək.

Ötən gecə Ərdoğanın açıqlamalarından dərhal sonra 1 ABŞ dolları - 15,30 lirə nisbətində olub. Hazırda isə 1 ABŞ dolları - 12,82 lirə nisbətindədir. Ötən gün bu göstərici 1 ABŞ dolları - 18,01 lirə nisbətində idi. Bu da rekord göstərici idi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR