Cəbrayıl Rayon Məhkəməsinə yeni sədr təyin edilib

Cəbrayıl Rayon Məhkəməsinə yeni sədr təyinatı olub.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri təyin olunub.

Qeyd edək ki, T.Nüsrətov 2018-ci ildən İmişli Rayon Məhkəməsinin hakimi işləyirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR