Şəmkirdə gənc həkimlər ucqar kəndlərə getdilər

Şəmkirdə gənc həkimlər ucqar kəndlərə getdilər
10:49 30 May 2015
223 Sosial
Ölkə mətbuatı
A- A+

Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun təşəbbüsü ilə Şəmkir Gənc Həkimlər Birliyinin yaradılıb. Lent.az-ın məlumatına görə, birliyin yaradılmasında əsas məqsəd gənc həkimlərin rayonun ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirakını təmin etməkdir.

 

Belə ki, yarandığı qısa müddət ərzində Şəmkir Gənc Həkimlər Birliyi rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyar görüşlər keçirmiş, onların tibb sahəsində maarifləndirilməsi istiqamətində geniş işlər görmüş, əhalinin pulsuz tibbi müayinəsini aparıb.

 

Bununla yanaşı, orta məktəblərdə şagirdlər arasında “Narkomaniyaya yox deyək” adlı layihə, kimsəsiz və aztəminatlı ailələrə dəstək məqsədi ilə pulsuz sünnət aksiyası həyata keçirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR