Qaxda 20 yaşlı qadın müəmmalı şəkildə öldü -

Qaxda gənc qadın müəmmalı şəkildə vəfat edib.

Metbuat.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ölüm hadisəsi rayonun Lələpaşa kəndində qeydə alınıb.

Üç ay öncə həmin kəndə gəlin gəlmiş rayonun Ləkit kənd sakini, 2001-ci il təvəllüdlü Əliyeva Aytən Həsil qızının qəfildən halı pisləşib.

Yaxınları təcili tibbi yardım maşını ilə onu xəstəxanaya çatdırmaq istəsələr də, Aytən Əliyeva yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR