Masallıda ev yandı

Masallı rayonunun Təzəkənd kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 22 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR