Dünyanı dəhşətə gətirən qadın: İyrənc davranışı tənqid olundu -

Dünya miqyasında izləyici kütləsinə sahib Sarah Day adlı qadın davranışları ilə hamını heyrətə gətirib.

Metbuat.az xəbər verir ki, İngiltərədə yaşayan qadın yol kənarında tapdığı ölü heyvanları bişirərək yeyir. O, ölən heyvanların sümüklərindən isə müxtəlif əşyalar hazırlayır. Qadın bildirib ki, buna görə o çox tənqid olunsa da, ölü heyvan əti yeməyi dayandırmır. Sarah uşaqlıqdan bəri yolda gördüyü ölü heyvan əti yediyini ifadə edib. 34 yaşlı qadın bildirib ki, onun uşaqlıqdan bəri meşədə yaşamaq bacarığı var. Buna görə də, ölü heyvan əti yemək onun üçün problem yaratmır. Qadının sözlərinə görə, onun daş dövrünə aid heyranlığı var.

Qeyd edək ki, qadın həyat tərzi ilə bağlı sosial mediada paylaşımlar edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR