Putinə elə bir "hədiyyə" hazırlanıb ki... - Rusiya misli görünməmiş qadağa ilə üzləşə bilər

“Rusiyanın Ukraynaya müdaxilə edəcəyi təqdirdə ABŞ tərəfindən bu gün qədər “görünməmiş” miqyasda sanksiyaya məruz qalacaq”.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ hökumətindəki mənbə açıqlama verib. Bildirilir ki, qadağalar Rusiyanın əsas ixrac məhsullarını hədəfə alacaq. Bura texnologiya, hava nəqliyyatının və avtomobil məhsulları da daxildir. İddialara görə, Rusiyaya mümkün qadağalar iki gün əvvəl ABŞ yüksək rütbəli rəsmiləri arasında müzakirə edilib.

Xəbərdə qeyd edilir ki, ABŞ Rusiyaya qarşı qadağaların əhatəli olması üçün Avropadakı müttəfiqləri ilə birgə işləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR