Paracüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək

Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək.

Milli Paralimpiya Komitəsindən Metbuat.az-a verilən məlumata görə, mundial gələn il noyabrın 7-9-da Bakıda təşkil olunacaq.

Dünya çempionatında 40-dan çox ölkənin aparıcı idmançılarının iştirakı gözlənilir və bu yarış Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı verəcək.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR