ABŞ-da böyük soyğun: 100 milyard dollar oğurlandı

Koronavirus pandemiyası zamanı işdən çıxarılan şəxslərə və müəssisələrə kömək etmək üçün yaradılmış dəstək fonlarından azı 100 milyard dollar oğurlanıb.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Gizli təşkilatı məlumat yayıb. Məlumata görə, soyğun Əmək Nazirliyindən və Kiçik Biznes İdarəsindən alınan məlumatların araşdırılması zamanı üzə çıxıb. Bildirilir ki, 3,4 trilyon dollarlıq dəstək proqramının təqribən 3 faizində qanunsuzluğa yol verilib.

Ehtimal edilir ki, işsizlərə ödənilməsi nəzərdə tutulan 100 milyard dollar lazımi istiqamət üzrə ünvana çatmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR