Ağdamda qaçırılan 10-cu sinif şagirdi nəzarətə götürüldü

Ağdamda qaçırılan məktəbli qız ailəsinə təhvil verilib.

Bu barədə Metbuat.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib:

“Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb”.

Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək: “Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, psixoloji dəstək göstəriləcək”.

Qeyd edək ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR