Fanatından aldığı qəribə istəyi açıqladı: Bunu edə bilmərəm -

1990-cı illərdə ABŞ-ın tanınmış modellərindən olan Liza Ann yeni açıqlamaları ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, hazırda idman roliklərində iştirak edən modelin sözlərinə görə fanatlarından biri ona dişləri üçün müraciət edib.


Liza bildirib ki, fanatlarından biri ondan iki dişini çıxarmasını və satmasını istəyib.

Belə istəyin onda qorxu yaratdığını deyən model, bu müraciətin həyatında aldığı ən qəribə istək olduğunu ifadə edib. O, bu istəyi yerinə yetirməyib.


Model qeyd edib ki, xüsusilə kariyerasının yaxşı vaxtlarında bir sıra qəribə istəklər alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR