Suriya üzrə danışıqlar başa çatdı

Qazaxıstanın paytaxtı Nur Sultanda Suriya üzrə danışıqların 17-ci toplantısı keçirilib.

Metbuat.az xəbər verir ki, müzakirələr ikili və üçlü toplantılar formatında başlayıb. Ardınca geniş tərkibli görüşlər keçirilib.

Toplantıda Türkiyə, Rusiya və İranlı nümayəndələrlə yanaşı Suriya hökumətini və hərbi müxalifətini təmsil edən şəxslər də iştirak edib. Toplantının yekunlarına dair sənəddəFərat çayının şərq sahilində qruplaşmalara qarşı mübarizənin önəmi vurğulanıb. Həmçinin, İsrailin Suriyada beynəlxalq hüququ pozan hücumları qınanıb. Növbəti toplantı Tehranda keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR