Qaçqınların olduğu qayıq batdı

Egey dənizində qaçqınların olduğu qayıq batıb.

Metbuat.az xəbər verir ki, hadisə zamanı onlarla mühacir itkin düşüb. Məlumata görə, qəza Yunanıstanın Bolukendire adası sahillərində baş verib. Hadisə zamanı qayıqda dəqiq neçə nəfərin olduğu barədə məlumat yoxdur.

Bəzi mənbələr qayıqda 32, bəzi mənbələr isə 50 nəfərin olduğunu yazır. Əraziyə xilasedicilər cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR