Azərbaycana 14 milyondan çox vaksin gətirilib

İndiyədək Azərbaycana koronavirus əleyhinə 14 092 460 vaksin gətirilib.

Metbuat.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, gələn il üçün ölkəyə əlavə olaraq 4 milyon 431 min doza vaksinin gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca/Vaxzevria”, “Biontech/Pfizer” və “Sputnik V” vaksinləri istifadə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR