“Turkovac”ın kütləvi istehsalına başlanıldı

Türkiyənin “Turkovac” peyvəndi üçün təcili istifadə icazəsi verilib və bu gündən kütləvi istehsala başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Prezident Ərdoğan Şanlıurfada videokonfransla “Turkovac” peyvəndinin təcili istifadə icazəsinin verilməsi və kütləvi istehsalına başlanması mərasimində iştirak edib.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib ki, müayinələr davam etdiriləcək:

“Ümid edirik ki, müayinələr gələn həftə yekunlaşacaq. Gələn həftədən etibarən geniş istifadəyə veriləcəyik. Gələn həftənin sonuna qədər xüsusilə şəhər xəstəxanalarımızda geniş istifadəyə verəcəyik”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR