"Gözümü açanda gördüm ki..." -

Bakıda evli qadınla intim görüntülərini yaymaqda təqsirləndirilən ətir satan oğlan Amnistiyaya düşüb.

Metbuat.az lent.az-a istinadən həmin cinayət işini təqdim edir:

İttiham aktına əsasən, Elnur (şərtdir) sahibi olduğu Həzi Aslanov metrostansiyası yaxınlığındakı ətir mağazasına işçi axtarıb. Bu məqsədlə saytların birində elan yerləşdirib. Daha sonra Elnur 2002-ci il təvəllüdlü Aytən (ad şərtidir) ilə tanış olub. Qadını işə götürmək adı ilə kirayədə yaşadığı evinə gətirən Elnur onunla cinsi əlaqədə olub. Hətta o, özünə məxsus telefonla Aytənin çılpaq vəziyyətdə videosunu da çəkib və həmin görüntüləri Aytənin qayınanasına göndərib. Qarşı tərəf bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Həmin şikayət əsasında Elnurun barəsində Cinayət Məcəlləsinin 156.1-ci (Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) maddəsi ilə cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Elnur ittiham üzrə özünü günahkar bilib.

O qeyd edib ki, Bakı şəhərində ətir mağazası işlədir: “Həmin mağaza Həzi Aslanov

metrostansiyasının yanında yerləşən marketin içindədir. “Saytların birində öz ətir

dükanım üçün satıcı axtarmağımla bağlı elan yerləşdirdim. Bununla bağlı 2021-ci ilin mart ayının sonlarında bir nəfər qız mənə “whatsapp" vasitəsilə yazdı və işə düzəlmək istədiyini bildirdi. Qız mənə bildirdi ki, iş elanı ilə bağlı təxminən 7-8 ay əvvəl də mənə müraciət edib. Lakin həmin vaxt həmin xanımın əri işləməyinə imkan verməyib. Aytən dedi ki, bu dəfə fikri qətidir və mağazada satıcı işləməyə razıdır. Mən ona dedim ki, bir gün dəvət edəcəm işlə tanış olmaq üçün mağazaya gəlsin”.

Elnur deyib ki, bundan sonra onların yazışmaları davam edib və bir neçə gün onlar Aytənlə mütəmadi yazışıblar: “Artıq söhbətimiz işdən kənara çıxdı və biz şəxsi münasibətlər zəminində söhbət etməyə başladıq. Aytən söhbətlərində ailəsindən və ərindən çox narazı olduğunu, boşanmaq istədiyini, lakin valideynlərinin buna imkan vermədiyini deyirdi. Aytənə ailə həyatının ürəyincə olmadığı təqdirdə boşanmalı olduğunu tövsiyə etdim. Bundan sonra söhbətlərimiz olduqca səmimiləşdi və artıq bir neçə gün sevgili kimi söhbət etdik. Söhbət əsnasında qərar verdik ki, Aytən mənim mağazama gəlsin, orada görüşək. Aytən mənə zəng edərək qayınanası ilə danışmağımı və işləməsi üçün onu razı salmağımı istədi. Mən onun qayınanası ilə telefonla danışdım və mağazanın yerini bildirdim, gəlinini satıcı kimi işə götürmək istədiyini dedim. Aytənin qayınanası da mənimlə normal danışdı, hətta dedi ki, iş olsa ona da xəbər edim. Bir gün sonra Aytən mağazaya gələcəyini dedi. Aytən həmin günü baldızı ilə mağazaya gəldi və bir müddət sonra baldızı çıxıb getdi. Mən onunla tək qalandan sonra evə getməyi təklif etdim. Bununla bağlı əvvəllər danışıb, razılaşmışdıq”.

Elnur evli qadının intim görüntülərini niyə çəkib?

Təqsirləndirilən şəxs qeyd edib ki, işin qarşısından taksi ilə kirayədə yaşadığı mənzilə gediblər: “Evə çatan kimi sərin sular və meyvə yedik. Sonra Aytən mənə uğursuz ailəsi ilə bağlı xeyli danışdı. Mən çaxır, o isə “coca-cola” içdi. Bundan sonra Aytənlə birlikdə yataq otağına keçib, könüllü olaraq müxtəlif üsullarla cinsi əlaqədə olduq. Bundan sonra biz hamam otağında yuyunub və otaqda oturub bir qədər də söhbət etdik. Bir anda Aytənin kefinin pozulduğunu hiss etdim. Məndən qayınanasına zəng etməyimi, narahat olmamasını deməyimi xahiş etdi. Daha sonra mən yenidən yataq otağına keçib uzandım. Bu zaman eşitdim ki, digər otaqdan Aytənin telefonuna zəng gəlir. Həmin vaxt mən telefonumu çıxarıb Aytənin otağa daxil olaraq videoya çəkməyə başladım. Aytən telefonda kiminləsə danışdı. Mən artıq şübhələnib ondan bayaqdan kiminlə yazışdığını soruşdum. Aytən mənə dedir ki, əri hər şeyi bilib, hətta mənimlə cinsi əlaqədə olduğundan da xəbəri var. Mən Aytəndən nə üçün bunu ərinə dediyini soruşdum, lakin cavab vermədi. Biz həyətə düşdük, onu yola saldım. İş yerimə tərəf getməyə başladım. Mağazaya çatandan sonra Aytənin qayınanası mənə zəng etməyə başladı. O məni telefonda təhqir edərək gəlinini zorladığımı dedi. Mən isə Aytəni zorlamadığımı bildirdim və sübut kimi çəkdiyim video-görüntüləri ona atdım və sonra nömrələrini blokladım”.

Elnur həmçinin törətdiyi cinayət əməlindən hazırda peşman olduğunu bildirərək və ərizə ilə məhkəməyə müraciət edərək, barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş edib.

Aytən Elnurdan niyə şikayət edib?

Məhkəmədə dindirilən Aytən isə qeyd edib ki, 2018-ci ildə ailə həyatı qurub və bir qız övladı var: “Yoldaşımı çox sevmişəm və ona qoşularaq qaçmışam. Sonradan ailələrimiz bu evliliyə razılıq verib. Sonradan ərimin ailəsində məni yola verməməyə başladılar. Gəlinləri kimi mənə hörmət qoymurdular. Mənə heçnə almırdılar. Sanki özlərinə pul xərcləsələr də, mənə pul xərcləməyə əlləri gəlmirdi. Buna görə internetdən iş elanlarına baxırdım. Bu zaman bir ətir dükanında işçi tələb olunduğunu gördüm və nömrəni götürüb “vatsapp” vasitəsilə yazdım. Həmin adamla söhbət edib mağazasının harada yerləşdiyini soruşdum, o da yerini dedi. Əslində mağaza bizə çox uzaq idi. Ona görə elanın sahibindən xahiş etdim ki, Nərimanov rayon ərazisində iş olsa xəbər eləsin. O da mənə Nərimanov rayon ərazisində mağaza açmağı düşündüyünü və açan kimi xəbər edəcəyini dedi”.

Zərərçəkən deyib ki, həmin ərəfələrdə əri ilə münasibətləri həddən artıq pisləşib, evdə mütəmadi ailədaxili münaqişələr olub: “Həmin vaxt Elnur mənə “bır etiraf etmək istəyirəm, səndən xoşum gəlir” mesajı yazmışdı. Mən də ona ailəli olduğumu, övladımın olduğunu və onunla sevgili ola bilməyəcəyimi dedim. Lakin bir neçə gün sonra ara-sıra Elnurla yazışmağa davam etdim. Həmin günlərdə ərim ilə ailədaxili problemlərdən sıxıldığım üçün “vatsapp”da duruma qəmli şəkillər qoyurdum. Elnur bunun səbəbini yazıb soruşduqda, sanki dərdimi danışmağa adam axtarmış kimi ona ailə problemlərini danışmağa başladım. Elnur isə mənə xeyli söhbət edərək bildirdi ki, əgər ailəsi ürəyincə deyilsə, boşansın. O, məni boşanandan sonra qəbul edəcəyini və evlənəcəyini dedi. Mən də bunun mümkün olmadığını və ona tam inanmadığımı bildirdim. Elnura dedim ki, yaxşı olar ki, münasibətimiz müdir-işçi kimi qalsın”.

Aytən bildirib ki, bir neçə gün sonra Elnurdan qayınanası ilə danışmağını xahiş edib: “Çünki qayınanam işləməyimə icazə vermirdi. Ona görə Elnura dedim ki, qayınanamla danışsın və icazə alsın. Elnur qayınanamla danışdı və icazə ala bildi. Telefonda razılaşdılar ki, bir neçə gün Həzi Aslanovdakı mağazaya gedim, işi öyrənim. Səhəri gün baldızımla birlikdə mağazaya getdik. Baldızım bir müddət qalandan sonra Elnur onu avtobusla yola saldı. Mağazaya qayıtmadan mənə zəng etdi ki, birlikdə çıxaq. Guya ki, o məni evimizə aparır. Lakin yolda taksinin başqa istiqamətə getdiyini gördüm. Elnura dedim ki, ancaq işçi kimi onunla danışıram. Çünki evli olduğumu və belə şeylərdən qorxduğumu dedim. Taksidən düşdükdən sonra Elnura dedim ki, “nə üçün başqa yerə gətirdin məni?”. O, evdən ətirlərin yazılı siyahısını götürüb, mənə verəcəyini dedi. Mənə evə qalxmağımı təklif etdi. Lakin dedim aşağıda gözləyirəm. Sonradan nə olduğunu başa düşmədim. Mən həyəcanlananda və gərgin olanda beynim qarışır, gözüm qaralır, özümü itirirəm. Həmin vaxt da elə oldu. Bir də gözümü açanda gördüm ki, Elnurla yataqdayam. Bu zaman onu itələyib özümdən uzaqlaşdırdım. Həmin vaxt telefonuma da zəng gəlirdi. Telefonumu götürüb gətirdim və Elnura dedim ki, anam zəng edir, ona hər şeyi danışacam. Sən demə Elnur bu zaman məni çılpaq halda videoya çəkirmiş. O mənə dedi ki, telefonda kiməsə nəsə desə video görüntüləri ailə üzvlərimə göndərəcək. Bundan sonra mən telefonumu Elnurdan alıb ərimə yazdım ki, müdir məni evinə gətirib zorlayır. Bundan sonra Elnur mənimlə iradəmə ziddi olaraq həm təbii yolla, həm qeyri-təbii yolla cinsi əlaqədə oldu”. Zərərçəkən qadın qeyd edib ki, Elnurun əlindən çıxdıqdan sonra evdən qaçıb: “Elnur da mənim arxamca gəldi. Metronu yerinə göstərdi və çıxıb getdi. Atam həmin vaxtı mənə zəng elədi. Yerimi ona dedim. Bir müddət sonra atam və ərim yanıma gəldi. Atam “102” xidmətinə zəng edərək şikayət etdi. Daha sonra polislər gələrək məsələni araşdırmağa başladılar. Elnurun mənə evlənəcəkləri ilə bağlı vədlər verdiyini və məni zorladığını dedim. Cinsi əlaqədə olan zaman qollarımın və sinəmin xəsarət aldığını ərizəmdə bildirdib. Elnurun məni zorladığı zaman qışqırdığımı, lakin məni heç kimin eşitmədiyini, paltarsız olduğum üçün də evdən qaçıb getmədiyimi qeyd etdim. Hadisə ilə əlaqədar Elnurdan şikayətçiyəm. Ona görə ədalətli və qanuni qərar qəbul olunmasını xahiş edirəm”.

Xətai rayon Məhkəməsində Elnur barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsi ilə bağlı qərar verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR