İrəvandan SON DƏQİQƏ AÇIQLAMASI:

Ermənistan tərəfi regional məsələləri müzakirə etmək üçün həm Bakıya, həm də Ankaraya səfər etməyə hazırdır.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ermənistanın ictimai televiziyasına müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

"Biz Ermənistan-Türkiyə münasibətlərinin ikitərəfli formatda müzakirəsini görürük, lakin bu məsələni "3+3" formatında müzakirə etmək üçün əsas olarsa, bu fürsətdən istifadə edib bir-birimizin mövqeyini aydınlaşdıracağıq. Lazım gələrsə, biz Ankaraya və Bakıya getməyə, həmçinin bu ölkələrin nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazırıq”, - Qriqoryan bildirib.

Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi regional məsələlər üzrə işləməyə və müzakirə təşkil etməyə hazırdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR