Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 275 milyonu, ölənlərin sayı isə 5,36 milyonu ötüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumat yayıb. Dünya üzrə ümumilikdə 275 233 892 yoluxma, 5 364 996 ölüm faktı qeydə alınıb.

Sutkalıq yoluxma sayı 541 319, ölüm sayı isə 5 735-ə çatıb.

Virusa yoluxma sayıan görə, ilk yerlərdə ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa, Almaniya, İran, İspaniya, İtaliya və Argentina qərarlaşıb.

Ölənlərin sayına görə də 799 942 nəfərlə ABŞ ilk yerdə dayanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR