Kilian Mbappedən 2050 mesajı - FOTO

Mövsümün sonunda PSJ-dən ayrılacağı iddia edilən Mbappenin "PSJ 2050" yazılmış forması ilə şəkil çəkməsi azarkeşlərdə çaşqınlıq yaradıb.

Metbuat.az xəbər verir ki, doğum gününü dostları ilə qeyd edən futbolçunun üzrəində "PSJ 2050" yazılmış forması ilə şəkilləri sosial mediada paylaşılıb.

Hər gün "Real Madrid"ə keçəcəyi iddia edilən ulduz futbolçunun bu fotusu söz-söhbətləri başqa müstəviyə daşıyıb.

Qeyd edək ki, Mbappe PSJ-dən gələn yeni müqavilə təklifini hələ də qəbul etməyib.

Kylian Mbappe 2050 shirt


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR