Sərgən Yalçının yeni komandası İngiltərədə olacaq

"Beşiktaş"dan ayrılan Sərgən Yalçının İngiltərəyə gedəcəyi iddia olunur.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, "Hull City"ni almağa hazırlaşan türkiyəli tanınmış teleaparıcı, iş adamı Acun Ilıcalı komandanın başına Sərgən Yalçını gətirmək istəyir.

Belə ki, Acun Ilıcalı klubun sahibi olan kimi dəyişiklik edəcək. İddiaya görə, Ilıcalı Sərgən Yalçınla görüşüb və müsbət cavab alıb.

Bildirilir ki, Sərgən Yalçın Türkiyədən gələn təkliflərə bu səbəbdən mənfi cavab verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR