Dünyanın ən bahalı yaxtası belə olacaq (FOTO)

Dünyanın ən bahalı yaxtası belə olacaq (FOTO)
11:01 30 May 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük yaxtası 2018-ci ildə istifadəyə veriləcək.

ANS PRESS-in məlumatına görə, yaxta ABŞ-ın yaxta və gəmi satışı üzrə fəaliyyət göstərən "4yacht" şirkəti tərəfindən istehsal olunur. Dəyəri təxminən 770 milyon dollar nəfəng yaxta yaxın müddət tam hazır vəziyyətə gətirilərək dənizə buraxılacaq.

Məşhur dizayner Kristofer Seymourun imzasını daşıyan "Double Century" adlı super yaxta iki futbol meydançası böyüklüyündə olacaq. Uzunluğu 200 metr, sudan hündürlüyü isə 27 metr olacaq yaxtada 2 vertolyot üçün enmə meydançası nəzərdə tutulub.

9 göyərtəli yaxtanın içərisində 126 nəfərlik teatr və kino salonu olacaq. Nəhəng gəmidə personalla sərnişinlərin ünsiyyət qurması üçün xüsusi bir telefon da hazırlanır.

Bu yaxta ölçülərinə görə Birləşmiş Ərəb Əmirlikləri lideri Şeyx Xəlifə bin Zayid əl Nayana aid olan "Azzam"adlı yaxtadan 21 metr daha uzun olacaq. Bu son model və lüks yaxtanı kimin alacağı isə indidən maraq mövzusuna çevrilib.














Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=347814

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR