Mahir Emreli "Qarabağ"a qayıdır? -

Mediada “Legiya”nın futbolçusu Mahir Emrelinin “Qarabağ”a keçəcəyi ilə bağlı informasiya yayılıb.

Metbuat.az Football-plus.az-a istinadla xəbər verir ki, Mahir Emreli “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov görüşdüklərini təsdiqlədi:

“Mənim Qurban müəllimə böyük hörmətimvar. Hər dəfə Azərbaycan gəlməyə imkan tapanda hocamla görüşürəm. Milli komandaya görə ölkəyə səfər edəndə də görüşümüz olmuşdu. Sizə müsahibəmdə də bildirmişdim ki, zaman-zaman Qurban müəllimlə telelefon danışıqlarımız olur. Bu gün kanalların birində çəkilişdə olmuşam. Bitəndən sonra zəng vurdum. Qurban müəllimin bazada olub-olmadığını öyrəndim. Getdim, görüşdüm, çay içdik. Vəssalam! Karyeramla bağlı söhbətimiz oldu. Hal-əhval tutduq. Qurban müəllimlə görüşümüz sadəcə, ziyarət məqsədli idi. Bu, işgüzar söhbət deyildi”.

Qeyd edək ki, KİV-də yayılan informasiyalarda “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovla millimizin üzvünün klubun bazasında görüşdüyü bildirilir. Həmin məlumatda şəxslər arasında söhbətdə futbolçunun yenidən “Qarabağ”a icarə əsasında keçməsinin müzakirə olunduğu ehtimalı olduğu qeyd olunub. Məlumatı dəqiqləşdirmək istədik. Əvvəlcə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisinin sözlərinə görə Mahir Emreli bu gün “Qarabağ”ın bazasında olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR