Azərbaycan neftinin qiymətində kəskin bahalaşma

Azərbaycan neftinin qiymətində kəskin bahalaşma
10:01 30 May 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti bahalaşıb.

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 2,69 dollar yüksəlib.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 65,30 dollardır. Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində də bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2.62 dollar (4.54%) artaraq 60.30 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 2.98 dollar (4.76%) bahalaşaraq 65.56 dollar olub.

Qeyd edək ki, "LUKoyl" şirkətinin rəhbəri Vahid Ələkbərovun fikrincə, ortamüddətli perspektivdə neftin barelinin qiyməti 75 dollardan çox olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=347820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR