Ukraynaya hücum bu məsələdən asılıdır: Putin açıq şəkildə elan etdi - Qərarı özləri verəcək

“Ukraynanın Donbasda hərbi əməliyyat hazırlığında olduğunu düşünürəm”.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında belə deyib. O bildirib:

“Biz müharibə istəmirik. Təhlükəsizliyimizi necə zəmanət altına ala biləcəyimizi düşünürük. Top artıq Qərbin sahəsindədir”.

Putinin sözlərinə görə, NATO verdiyi vədlərə əməl etməyib. NATO Rusiyanı aldadaraq hərbi fəaliyyətini genişləndirib. ”ABŞ raketləri Rusiyanın qapısına dayanıb” - deyə Putin bildirib.

Ekspertlər hesab edir ki, Rusiya ordusunun Ukraynaya müdaxilə edib-etməyəcəyi qərbin verəcəyi zəmanətdən asılı olacaq. Qeyd edək ki, Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi “təhlükəsizlik” sənədinə dair danışıqlar gələn ilin əvvəllərində başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR