Gürcüstanda buster dozanın vurulması müddəti üç aya endirildi

Gürcüstanda koronavirusa qarşı buster dozanın vurulması üçün tələb olunan müddət 6 aydan 3 aya endirilib.

Bu barədə qərarı ölkənin İmmunlaşdırma Şurası qəbul edib.

Qərarla üçüncü doza kimi istənilən peyvənddən istifadə tövsiyə olunub.

Qeyd edək ki, Gürcüstanda 18 yaşdan yuxarı şəxslər buster doza qəbul edə bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR