“Türkiyə böyümə ilə yoluna davam edəcək” -

Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nebati yeni iqtisadi sistemlə bağlı danışıb.

Metbuat.az xəbər verir ki, nazir bu barədə Ankara Kızılcıhamamda keçirilən Bələdiyyə Başçılarının Müşavirə və Qiymətləndirmə Toplantısında çıxış edib.

O, Türkiyənin böyümə ilə cari əməliyyatlar kəsiri arasında müsbət korrelyasiya təmin edərək, qarşıdakı dövrdə yüksək artım-aşağı cari kəsir hədəfi ilə yoluna davam edəcəyini vurğulayıb.

Nebati investisiya, istehsal, ixrac və məşğulluğa yönəlmiş yeni model haqqında mühüm məlumatlar verib.

Nazir həmçinin qiymət və maliyyə sabitliyi, davamlı və balanslaşdırılmış maliyyə siyasətinin əhəmiyyətindən bəhs edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR