Gəncədə 61 yaşlı kişi dəm qazından zəhərlənib

Gəncədə dəm qazından zəhərlənmə hadisəsi olub.

Metbuat.az xəbər verir ki, Məhsəti qəsəbəsində 1960-cı il təvəllüdlü Z.Əsgərov dəm qazından zəhərlənib. O, xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım alan şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Hadisənin onun yaşadığı evdə qızdırıcı kimi istifadə olunan qazla çalışan sobanın anidən sönməsi səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR