Fərid Qayıbov erməniyə qalib gələn idmançı ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.

Metbuat.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyevin "report"a verdiyi məlumata görə, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, Zutova sözügedən turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR