Novruz Məmmədov: Siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur

Novruz Məmmədov: Siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur
11:08 30 May 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov FIFA-da baş verən hadisələrə və təşkilatda keçirilən prezident seçkilərinə münasibət bildirib.

Trend-in məlumatına görə, N.Məmmədov öz “Twitter” səhifəsində yazıb: "Çox maraqlıdır, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur. Gizli səsvermə olduğu üçün, görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi".

Qeyd edək ki, ötən gün Yozef Blatter növbəti dəfə FIFA-nın prezidenti seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2400572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR