Siyasi ekspertdən SƏRT AÇIQLAMA:

Xəbər verdiyimiz kimi, Fransada prezidentliyə əsas namizəd Valeri Pekress Xankəndiyə səfər edib. Bu, regional mediada haqlı olaraq ciddi əks- səda yaratdı. Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, sözügedən səfər qanunsuzdur. Onun sözlərinə görə, Pekressinin Qarabağa səfərinin siyasi avantüra, erməni lobbisinin puluna və dəstəyinə hesablanmış addım olması çoxlarına məlumdur.

"Bundan sonra rəsmi Parislə İrəvan arasındakı münasibətlərdə ziddiyyətlərin yaranması qətiyyən istisna deyil. Çünki səfər qeyri- rəsmidir. Fransa hakimiyyətinin mövqeyini ifadə etmir. Qeyd edim ki Valeri Pekress hazırkı prezident Emmanuel Makronun real rəqibidir. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyan Pekressi ilə münasibətlər fonunda Makrona badalaq vurdu, onu pis vəziyyətdə qoydu. Şübhəsiz, Makron gələcək siyasətində bunu nəzərə alacaq. O, Paşinyanı cəzalandıra bilər".

Müsahibimizin sözlərinə görə, ikinci mühüm məsələ rus sülhməramlıların qanunsuz səfərə göz yummalarıdır. Əslində onlar funksiyalarına uyğun olaraq belə halların qarşısını almalıdırlar.

"Sirr deyil ki, bu, ilk belə hal deyil. Əvvəllər də oxşar səfərlər olub. Sülhməramlıların vəzifələrini yerinə yetirmədiklərini dəfələrlə görmüşük. Odur ki, Moskvaya narazılığımızı bildirməliyik. Biz bunu etmədikcə rusların Qarabağdakı pozuntuları davam edəcək. İkinci bir tərəfdən, baş verən proseslər, o cümlədən Pekressinin qanunsuz səfəri Laçın dəhlizini nəzarətə götürməyimizin nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Laçın dəhlizi bağlanmadıqca qanunsuz səfərlər də, üçüncü qüvvələrin əsəblərimizlə oynaması da davam edəcək".

Gülbəniz Hüseynli /Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR