"Turkovac"ın təsiri 100 faizdir - Peyvəndi hazırlayan alim danışdı

Türkiyənin yerli peyvəndi “Turkovac”ı hazırlayan elm adamı Aykut Özdarendeli açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, peyvəndin koronavirsa qarşı təsirini daha da artırmaq üçün işlər davam edir. O bildirib ki, koronavirus yayılandan sonra peyvəndin hazırlanması üçün işlər başlayıb. Artıq 1 ay sonra nəticə əldə edildi. “3-cü mərhələ ilə bağlı testlər davam edir. Peyvəndin təsirini artırmaq üçün işlər görülür. Omikron növünə qarşı təsirinin hansı dərəcədə olduğunu bilmirik. Amma Delta və Alfaya qarşı təsirlidir. Biz Siçanlar üzərində bunu test edəndə 100 faiz nəticə aldıq” - deyə elm adamı bildirib.

Qeyd edək ki, Türkiyədə “Turkovac”ın istifadəsinə icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR