Putin və İlham Əliyev qeyri-rəsmi görüşlərdə nə haqda danışırlar? -

"Baxmayaraq ki, görüşlərimiz arasında qeyri-rəsmilərinə də rast gəlinir ki, lakin söhbətlərimiz əsasən iş - Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələri haqqında olur".

Metbuat.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib:

"Gəlin,İlham Heydər oğlunun Rusiyanın aparıcı ali təhsil müəssisələrindən birini bitirdiyini unutmayaq. O, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnsitutunun beynəlxalq əlaqələr fakültəsində təhsil alıb, sonra bir müddət Moskvada yaşayıb. Ona görə də biz onunla mahiyyətcə eyni dildə danışırıq. O mənada yox ki,eyni dili istifadə edirik. Hətta o mənada da yox ki, rus dili - demək olar ki, doğma dildir, mənəvi cəhətdən də biz onunla çox yaxınıq və danışmağa hər zaman mövzumuz var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR