8 dəfə peyvənd olundu: 9-cu dəfə gedəndə ŞOK YAŞADI - 33 yaşlı şəxsdən İNANILMAZ ƏMƏL

Belçikada adı açıqlanmayan şəxs 8 dəfə koronavirus peyvəndi olunub. 9-cu dəfə peyvənd olunmağa gedəndə isə həbs edilib.

Metbuat.az xəbər verir ki, 33 yaşlı şəxs peyvənd olunmadan sertifikat əldə etmək istəyən şəxslərdən pul alaraq, onların əvəzinə peyvənd olunub. Sakin tibbi mərkəzə həmin şəxslərin sənədləri ilə müraciət etdiyinə görə, fərq edilməyib. Lakin tibb bacıları eyni şəxsin bir neçə dəfə peyvənd olunduğunu müşahidə edəndə polisə məlumat verib. Məlum olub ki, o peyvənd sertifikatlarını 100-150 avro qarşılığında satıb. Həkimlərin sözlərinə görə, peyvəndlər onun həyatı üçün təhlükə yaratmayacaq.

Lakin normadan çox peyvənd olunmağın virusa qarşı daha yaxşı təsir edəcəyini də irəli sürmək olmaz. Sakinə cəza veriləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR