Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidentini qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvilini qəbul edib.

Nazirliyin Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüşdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və İcraiyyə Komitəsinin üzvü Sərxan Həşimov da iştirak edib.

Qonaqları salamlayan Qayıbov Vüqar Həşimov Memorialının uğurla keçirilməsi münasibətilə təşkilatçıları təbrik edib.

Azmayparaşvili isə qəbula görə nazirə təşəkkürünü bildirib və Azərbaycanda şahmatın böyük ənənələrinin olduğunu vurğulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR