Paşinyan Rusiyada İlham Əliyevlə qeyri-rəsmi görüşmək İSTƏYİR

Dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi sammiti keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan sammit çərçivəsində Prezident İlham Əliyevlə qeyri-rəsmi görüş keçirmək niyyətində olduğunu bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Facebook”da öz səhifəsində canlı yayımda deyib:

“Mən bu görüşə gedəcəm. Hələlik İlham Əliyevlə ikitərəfli görüşdən söhbət getmir, lakin qeyri-rəsmi görüşün baş tutacağı ehtimalı var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR